Bakının Nizami rayonu ərazisində baş verən yol qəzasında bir nəfər ölüb

Bakının Nizami rayonu ərazisində baş verən yol qəzasında bir nəfər ölüb
# 10 may 2008 09:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gecə Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum avtomobil yolu keçmək istəyən piyadanı vuraraq hadisə yerindən qaçıb. Piyada hadisə yerində keçinib. Onun şəxsiyyəti hələlik dəqiqləşdirilməyib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkət qaydalarını pozmaqla zərərçəkmişin ölümünə səbəb olma) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR