Yasamalda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Yasamalda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 may 2008 09:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı sakini Azər Əsgərov idarə etdiyi “Mercedes” markalı, 10 AA 123 dövlət nömrə nişanlı maşınla Ə. Haqverdiyev küçəsində piyada Pəri Bayramovanı vurub. P. Bayramova xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR