Xətaidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xətaidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 23 may 2008 10:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün səhər saatlarında Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Bəxtiyar Balayev idarə etdiyi "VAZ-2107" markalı 10 BB 235 dövlət nömrə nişanlı maşınla Nikbəxt Nəcəfovu vurub. N. Nəcəfov xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR