Sinqapurdan Böyük Britaniyaya uçan Nepal vətəndaşı Azərbaycanda dünyasını dəyişib

Sinqapurdan Böyük Britaniyaya uçan Nepal vətəndaşı Azərbaycanda dünyasını dəyişib
# 26 may 2008 13:28 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Mayın 24-də saat 20:00 radələrində Sinqapurdan Böyük Britaniyaya uçan sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Əzizbəyov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub. Səhhəti pisləşən Nepal Respublikasının vətəndaşı, 50 yaşlı Başanti Kafleyə hava limanında tibbi yardım göstərilsə də, o, xəstəxanaya aparılarkən yolda ölüb. İlkin versiyalara görə, Başanti Kaflenin ölümünə səbəb ürək çatışmazlığı olub. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR