Azərbaycanın Göyçay rayonunun sakini intihar edib

Azərbaycanın Göyçay rayonunun sakini intihar edib
# 05 iyun 2008 12:04 (UTC +04:00)
Göyçay. Zahid Abışov-APA. Dünən Göyçay rayonunun Qarayazı kəndində intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, kənd sakini, 1966-cı il təvəllüdlü Eminə Hüseynova özünü yaşadığı evdə asaraq öldürüb. Üç uşaq anası olan E. Hüseynovanın əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR