Lənkəranda baş verən yanğın nəticəsində ev sahibi xəsarət alıb

Lənkəranda baş verən yanğın nəticəsində ev sahibi xəsarət alıb
# 06 iyun 2008 08:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev APA. Lənkəran rayonunun Velədi kənd sakini Rahim Qurbanova məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkərandakı Yanğından Mühafizə Xidmətindən (YMX) APA-nın cənub bürosuna bildirilib ki, yanğına İran istehsalı olan kiçik həcmli qaz balonunun alışması səbəb olub. Nəticədə ev sahibi R. İbrahimov yüngül xəsarət alıb, evin mətbəxi və içindəki məişət əşyaları yanaraq yararsız hala düşüb.
Qeyd edək ki, son bir ayda kənddə 4 analoji hadisə qeydə alınıb. 4 gün əvvəl rayonun Girdəni kəndində də İran istehsalı olan qaz balonun alışması nəticəsində yanğın baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR