Lerikdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Lerikdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var
# 07 iyun 2008 12:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Dünən saat 22.00 radələrində Lerik rayonunun Dibiyanı kəndində, kənd sakini Ramiz Muradov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Ramiz Muradovun qızı Gülnarə və oğlu Elariz Muradov hadisə yerində ölüblər. Sürücü və onun oğlu Zamiq Muradov isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR