Zaqatala sakinindən narkotik vasitə götürülüb

Zaqatala sakinindən narkotik vasitə götürülüb
# 13 iyun 2008 14:11 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran əsilli rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon Polis Şöbəsinin rəis müavini Kamandar Həsənov məlumat verib. K. Həsənovun bildirdiyinə görə, həyata keçirilən əməliyyat nəticəsində rayon sakini Xəqani Baqiryanidən 0.50 qram heroin aşkarlanaraq götürülüb. Rəis müavini X. Baqiryaninin əvvəllər müxtəlif ağır cinayətlər törətdiyini və üç dəfə məhkum olunduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR