Azərbaycanın qərb bölgəsində külli miqdarda çətənə kolu yandırılıb

Azərbaycanın qərb bölgəsində külli miqdarda çətənə kolu yandırılıb
# 13 iyun 2008 14:55 (UTC +04:00)
Qazax. Nəzakət Ağayeva-APA. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayonlarında yabanı halda bitən külli miqdarda çətənə kolu yığılaraq məhv edilib. Bu barədə APA-nın qərb bürosuna DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə əməliyyatçısı Tanrıverdi Aydınov bildirib. Onun sözlərinə görə, Qazaxda 2,3 ton, Şəmkirdə 1,756 ton, Göygöldə 1,382 ton, Yevlaxda 1,5 ton, Şəki rayonunda isə 20 ton çətənə kolu yığılaraq yandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR