Azərbaycanın şimal-qərb bölgəsində küllü miqdarda çətənə kolları aşkarlanaraq məhv edilib

Azərbaycanın şimal-qərb bölgəsində küllü miqdarda çətənə kolları aşkarlanaraq məhv edilib
# 14 iyun 2008 09:34 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsində küllü miqdarda çətənə kolları aşkarlanaraq məhv edilib. Şəki Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Cunud kəndi ərazisində ümumi çəkisi 20 ton olan 36 000 ədəd yabanı halda bitmiş çətənə bitkisi aşkarlanaraq məhv edilib. Bundan başqa, Qax RPŞ-nin əməkdaşları rayonun Tanqıt kəndi ərazisində ümumi çəkisi 11 ton olan 18 640 ədəd, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 14 ton olan 48 100 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR