Rusiyada olan qohumunun evindən oğurluq etmiş Masallı sakini həbs olunub

Rusiyada olan qohumunun evindən oğurluq etmiş Masallı sakini həbs olunub
# 16 iyun 2008 08:28 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Yaxın qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən Masallı sakini həbs olunub. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Rizvan Quliyev APA-nın cənub bürosuna bildirib ki, rayonun Çaxırlı kənd sakini Sabir Qardaşxan oğlu Bağırov 2008-ci ilin yanvarından may ayınadək Rusiya Federasiyasında yaşadığı müddətdə ona məxsus yaşayış evindən iki ədəd televizor, videomaqnitofon, xalça, mətbəx kombaynı və digər məişət avadanlıqları oğurlanıb. Zərərçəkmişin polisə müraciətindən sonra əməliyyat-axtarış qrupu yaradılıb. Operativ tədbirlər nəticəsində Çaxırlı kənd sakini, zərərçəkmişin yaxın qohumu Əlibala Ağəli oğlu Babayev şübhəli şəxs qismində saxlanaraq şöbəyə gətirilib. İstintaqa verdiyi ilkin ifadəsində Ə. Babayev bir neçə dəfə S. Bağırovun evindən oğurluq etdiyini boynuna alıb. O, oğurladığı əşyaları sataraq narkotik maddə alıb qəbul etdiyini bildirib.
Qeyd edək ki, zərərçəkmişə 840 manat dəyərində maddi ziyan vurulub.
Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR