Gürcüstanın baş naziri Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Gürcüstanın baş naziri Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşüb
# 08 oktyabr 2016 00:02 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Avropa parlamentinin müşahidəçilərdən ibarət nümayəndə heyətinin oktyabrın 8-də Gürcüstanda keçiriləcək seçkiləri müşahidə etmək üçün ölkəmizə səfəri təqdirəlayiqdir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Avropadan gələn müşahidəçilərdən ibarət nümayəndə heyəti ilə görüşündə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib. Baş nazir müşahidəçilər qrupununun seçkiləri izləmək üçün gəldiyini alqışlayıb.

G. Kvirikaşvili Avropa nümayəndələrinin iştirak etdiyi görüşdə oktyabrın 8-də keçiriləcək seçkilərdə iştirak edən hər bir namizədə rəqabət üçün istənilən şərait yaradıldığını bildirib. O, həmçinin hökumətin sürətli iqtisadi inkişafı, təhsil islahatı, ərazi idarəetmə islahatlarının həyata keçirilməsindən ibarət dörd maddəlik planı haqqında danışıb. Görüşdə G. Kvirikaşvili Avropa Birliyinin dəstəyi ilə məhkəmə sistemində islahatlara diqqət yetirildiyini qeyd edib. O, eyni zamanda Avropa Parlamentinə viza rejiminin liberallaşdırılması prosesinə görə təşəkkürünü bildirib.

Tədbirdə Avropa parlamentinin rəsmi dairələrindən ibarət nümayəndə heyətinin üzvləri, müşahidəçilər və Gürcüstanın xarici işlər naziri Mixail Canelidze, Avropa və Avrointeqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze və digər rəsmilər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR