2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193,1 mln. manat məbləğində sığorta haqları toplanıb, 60,3 mln. manat məbləğində sığorta ödənişi aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən xəbərə görə, könüllü sığorta bazarı üzrə haqlar 157,1 mln. manat, ödənişlər isə 44,4 mln. manat təşkil edib.
İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15,9 mln. manat olub.
2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.