Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində mülki vətəndaşın minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 14-də Tovuz rayonu Qaralar kəndinin ərazisində kənd sakini Hidayət Müseyibov mal-qara otararkən minalanmış sahəyə girib və partlayış baş verib.
Ayaq nahiyəsindən xəsarət alan H. Müseyibov xəstəxanaya yerləşdirilib.