Tovuzda qəzada 2 nəfər xəsarət alıb - FOTO

Tovuzda qəzada 2 nəfər xəsarət alıb - FOTO
# 20 mart 2021 19:32 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev Prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2110” markalı minik maşını ilə “Changan” markalı minik maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR