Abşeronda iki avtomobil toqquşub, sürücü ölüb

Abşeronda iki avtomobil toqquşub, sürücü ölüb
# 27 mart 2024 09:40 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Eldəniz Əhmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Rasim Hacıyevin idarə etdiyi "VAZ 21063" markalı avtomobil toqquşub.

Nəticədə Rasim Hacıyev və sərnişini Samirə Hacıyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Rasim Hacıyev xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR