“Abzas Media”nın baş redaktoru saxlanılıb - YENİLƏNİB

“Abzas Media”nın baş redaktoru saxlanılıb - YENİLƏNİB
# 21 noyabr 2023 13:45 (UTC +04:00)

"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.

APA xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai Rayon Məhkəməsində baxılacaq.

***

10.31

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

APA xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

O bildirib ki, Sevinc Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Qeyd edək ki, ötən gün "Abzas Media" saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR