ADY yanğınla bağlı qatarların hərəkətində problem olmadığını bildirib

ADY yanğınla bağlı qatarların hərəkətində problem olmadığını bildirib
# 20 avqust 2023 23:30 (UTC +04:00)

Bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.

Əraziyə təcili cəlb olunmuş FHN-in yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.

Qatarların qrafik üzrə hərəkətində heç bir problem yaranmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR