Aeroport yolunda avtomobillər toqquşub, ölən var

Aeroport yolunda avtomobillər toqquşub, ölən var
# 20 oktyabr 2022 09:12 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Bakı-Aeroport yolunda, "Buta Palace" sarayının yaxınlığında qeydə alınıb.

Nurlan Qənbərovun idarə etdiyi "Hyundai H 65" markalı yük avtomobili Zahir Abbasovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə toqquşub. Nəticədə Zahir Abbasov aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR