Ağstafa sakini ürək nahiyəsindən bıçaq zərbəsi alaraq ölüb

Ağstafa sakini ürək nahiyəsindən bıçaq zərbəsi alaraq ölüb
# 14 dekabr 2021 22:48 (UTC +04:00)

Ağstafada qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1999-cu il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

O, hadisə yerində dünyasını dəyişib. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu da bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəni törədən şəxs tutulib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Çingiz Vəlizadə ilə Əli Əsgərov dayıoğlu-bibioğludurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR