Ağstafada avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO - VİDEO

Ağstafada avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO  - VİDEO
# 16 dekabr 2021 18:15 (UTC +04:00)

Ağstafada ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü Nicat Tağıyev hadisə yerində ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR