Ağstafada yaşlı qadını maşın vuraraq öldürüb

Ağstafada yaşlı qadını maşın vuraraq öldürüb
# 12 avqust 2023 22:46 (UTC +04:00)

Ağstafada piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 76 yaşlı Raya Məlikovanı vurub.

Yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR