Ağsu sakini dəm qazından zəhərlənərək ölüb

Ağsu sakini dəm qazından zəhərlənərək ölüb
# 26 yanvar 2022 09:57 (UTC +04:00)

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Padar kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR