Aptekdən 1300 manat oğurlanıb

Aptekdən 1300 manat oğurlanıb
# 26 yanvar 2022 10:28 (UTC +04:00)

Bakıda aptekdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birində kassadan 1300 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri N.İsmayılov və N.Mustafayeva müəyyən edilərək saxlanılıblarlar. Araşdırmalarla N.İsmayılovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR