Arif Hacılının oğlu həbs edilib - VİDEO

Arif Hacılının oğlu həbs edilib - VİDEO
# 31 oktyabr 2023 23:05 (UTC +04:00)

Müsavat başqanı Arif Hacılının oğlu həbs edilib.

APA xəbər verir ki, bu barədə Arif Hacılı bildirib.

Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı bir neçə gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar həbs olunub.

Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR