Astarada dağlıq kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb - FOTO

Astarada dağlıq kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb  - FOTO
# 16 dekabr 2023 13:32 (UTC +04:00)

Astara rayonunun Miki kənd ərazisində 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpü qəzalı vəziyyətə düşüb.

APA–nın cənub bürosunun verdiyi xəbərə görə, intensiv yağıntılar​ nəticəsində çayda sel sularının çoxalması, Astara rayonunun Miki kəndi ərazisində yerləşən və 5 kəndi ​ rayon mərkəzi ilə birləşdirən körpünü qəzalı vəziyyətə salıb. Körpünün​ alt hissəsində torpaq qatının yuyulması, ərazidə təhlükəli vəziyyət yaradıb. Sakinlər vəziyyətin daha da çətinləşə biləcəyindən narahatdırlar. Sakinlər deyir ki, körpü çoxdan tikilib və standarta uyğun deyil, çox dardır. Maşınlar bir–birinin yanından keçəndə təhlükə yaradır. Yük avtomobillləri isə ümumiyyətlə körpüdən keçə bilmir. Kəndlərin taleyi isə bu körpüyə bağlıdır. Alternativ yol da yoxdur.

Siyəkü kənd bələdiyyə sədri Ramin Dədəyev APA–ya bildirib ki, əraziyə cəlb olunan texnikaların köməyi ilə körpüdə təmir işləri aparılıb. Torpaq uçqunu olan ərazilərə​ çınqıl daşları, şebel tökülüb:

“Son dövrdə sel–suları nəticəsində həmin körpü qəzalı vəziyyətə düşüb. Astara rayonunun icra hakimiyyətinin tapşırığı əsasında 49 saylı yol idarəsi və bələdiyyə tərəfindən həmin körpü qrabilnən, şebelnən təmin olunub. Körpüdə müəyyən işlər görülüb. Gələcəkdə körpünün yenidən tikintisi nəzərdə tutulub”.

Qeyd edək ki, bu yol Miki kəndi də daxil olmaqla Qələpurqu, Rinəsə, eləcə də dağ yolu olan Əsxənəkəran və Toradi kəndini rayon mərkəzinə çıxışını təmin edən yeganə yoldur. Yol üstündə qurulan körpüdən 1500 nəfər əhali istifadə edir. ​ ​ ​ ​ ​ ​ ​

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR