Atasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Atasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 14 mart 2024 12:48 (UTC +04:00)

Atasını öldürməkdə təqsirləndirilən Pərvin Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən təqsirləndirilən Pərvin Yusifli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il iyulun 9-da paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifov Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusiflinin aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səma Əliyeva

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR