Bakıdakı “Aşurbəy” məscidinin fəaliyyəti təmir məqsədi ilə dayandırılıb

Bakıdakı “Aşurbəy” məscidinin fəaliyyəti təmir məqsədi ilə dayandırılıb
# 29 iyul 2016 15:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıdakı tanınmış “Aşurbəy” məscidinin (“Ləzgi məscidi”) fəaliyyəti kütləvi ibadət üçün dayandırılıb.

Məsciddən APA-ya bildiriblər ki, buna səbəb kimi məscidin təmirə dayandırılması göstərilib. Qeyd olunub ki, məscid fəaliyyətini təmir məqsədi ilə müəyyən müddətə dayandırıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bununla bağlı xəbərdar olduqlarını bildirsələr də, məscidin İçəri Şəhər Dövlət Qoruğu idarəsinin nəzdində və nəzarətində olduğunu bildiriblər.

Qeyd edək ki, “Aşurbəy” məscidi ilə bağlı Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə dəstək verilməsi iddiaları var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR