“Bakcell” İrana səfər edən abunəçiləri üçün yeni imkan yaradıb

“Bakcell” İrana səfər edən abunəçiləri üçün yeni imkan yaradıb
# 10 avqust 2016 15:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində “Bakcell” abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir “Bakcell” abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

“Bakcell” abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macarıstan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir. Tam siyahıya bu keçiddən istifadə edərək baxmaq olar:

http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel

“Bakcell” getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan “Vodafone”, “Megafon”, “AirTel”, “Etisalat” ilə aparılır.

Səfərdə olan “Bakcell” abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu keçiddən istifadə edin:

http://www.bakcell.com/az/bakcell-rouminq-app

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR