Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyində sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video ilə bağlı araşdırma aparılır. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış videonun Xırdalandakı 9 saylı məktəbdə baş verdiyi deyilir.