Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb.
Bu barədə "APA-Economics"in Ş. Mehmanqızı özü məlumat verib.
"4 ilə yaxın bir müddətdə NİİM-də çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm", - deyə Ş. Mehmanqızı bildirib.