Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına işə qəbulla bağlı 883 nəfər müraciət edib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına işə qəbulla bağlı 883 nəfər müraciət edib
# 02 mart 2016 09:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında işə qəbulla bağlı 883 nəfər müraciət edib.

Komissiyadan APA-ya verilən məlumata görə, komissiyanın sədri Mədət Quliyevin göstərişinə əsasən, 19.12.2015-ci il tarixdə Komissiyanın rəsmi saytında İşçi qrupundakı vakant vəzifələrə işə qəbulla bağlı elan verilib. Qəbul prosesində iştirak etmək istəyən şəxslərdən tutacaqları vəzifələrin icrasına uyğun olaraq azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmələri, kompyuterdə peşəkar proqramlardan istifadə etmək bacarmaları tələb kimi qoyulub.


Elanla əlaqədar 883 nəfər müraciət edib. Onların arasında müəyyən olunmuş proqram çərçivəsində yoxlama aparılmış və seçim tədbiri başa çatdırılıb. Seçim prosesindən keçmiş və işə qəbul üçün digər tələblərə uyğunluğu araşdırılacaq namizədlər şəxsən məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR