"Azərbaycan İpoteka Fondu" ASC kapitalını artırır

"Azərbaycan İpoteka Fondu" ASC kapitalını artırır
# 03 mart 2016 06:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ölkə başçısının müvafiq fərmanına uyğun olaraq yaradılan "Azərbaycan İpoteka Fondu" ASC kapitallaşma həyata keçirəcək.


"APA-Economics" xəbər verir ki, bu, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində öz əksini tapıb.

Belə ki, 2016-cı ildə "Azərbaycan İpoteka Fondu" ASC-nin nizamnamə kapitalı 50 mln. manat artırılacaq.

Xatırladaq ki, "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, 2005-2015-ci illər ərzində dövlət büdcəsindən Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilib.

Hazırda Fondun nizamnamə kapitalının 266 mln. manat olduğunu nəzərə alsaq, ASC-nin kapitalının 316 mln. manata çatdırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR