Hacıqabulda maşın aşıb, iki qadın xəsarət alıb

Hacıqabulda maşın aşıb, iki qadın xəsarət alıb
# 21 fevral 2016 11:50 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax magistralında avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fevralın 21-də saat 12.30 radələrində Bakı-Qazax magistralının 111-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verən avtoqəzada iki qadın yüngül xəsarət alıb.

KİA markalı, 99 VQ 507 dövlət nömrə nişanlı avtombil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Bağırova Səadət Nəriman qızı və 1953-cü il təvəllüdlü Həmidova Nazlıbəyim Adil qızı yüngül bədən xəsarətləri alıb.

Hər iki sərnişinə təcili yardım briqadası hadisə yerində yardım göstərib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR