TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadənin cinayət işinin istintaqı dayandırılıb - EKSKLÜZİV

TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadənin cinayət işinin istintaqı dayandırılıb - <span style="color: red;">EKSKLÜZİV
# 20 oktyabr 2016 12:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində başlanmış cinayət işi üzrə istintaq dayandırılıb.

APA-nın məlumatına görə, E. Nağızadə ölkədən qaçdığına görə, barəsində beynəlxalq axtarış elan edilib, bununla bağlı cinayət işi üzrə istintaq dayandırılıb.

Qeyd edək ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR