Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Dəmir Yolları" QSC Qazaxıstanda nümayəndəlik açıb.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolu" SC-nin məlumatında deyilir.
Açılış mərasimində çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Kanat Alpıspayev gələcəkdə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.