Avro manata nisbətən ucuzlaşıb

Avro manata nisbətən ucuzlaşıb
# 06 sentyabr 2016 07:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 5-si ilə müqayisədə dəyişməyərək 1,6362 manat olub.


Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,23% zəifləyərək 1,8239 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub.

Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,5552 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1796 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.


Gürcüstan larisinin məzənnəsi 0,5% azalaraq 0,7114 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR