"Bank Silk Way" ötən ili 1,7 mln. manatlıq mənfəətlə başa vurub

"Bank Silk Way" ötən ili 1,7 mln. manatlıq mənfəətlə başa vurub
# 18 yanvar 2016 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Silk Way” 2016-cı il yanvarın 1-ə maliyyə nəticələrini açıqlayıb.

Bankdan "APA-Economics"ə verilən xəbərə görə, 2015-ci ilin IV rübündə bankın aktivlərinin həcmi 368 mln. 153,13 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,18% çoxdur.

Cari ilin yanvarın 1-ə kredit portfeli 94,06% artaraq 346 mln. 953,22 min manat olub.

Hesabat dövründə bankın depozit portfeli 2,58 dəfə artaraq 140 mln. 395,06 min manat olub.

Bankda yerləşdirilən əhalinin əmanətləri 129 mln. 306,7 min manata çatıb ki, bu da ötən illə müqayisədə 2,86 dəfə artım deməkdir.

İl ərzində bankın öhdəlikləri 2,1 dəfə artaraq 261 mln. 84,72 min manat təşkil edib.

Bankın nizamnamə kapitalı 2,4% artaraq 101 mln. 544,89 min manat, məcmu kapital 1,04% azalaraq 107 mln. 68,42 min manat olub.

2015-ci ildə bankın gəlirləri 34 mln. 252 min manat, xərcləri isə 26 mln. 162 min manat təşkil edib.

“Bank Silk Way” ötən ili 1 mln. 701 min 149,95 manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR