Azərbaycanda tütün məmulatlarının istehsalı 7% azalıb

Azərbaycanda tütün məmulatlarının istehsalı 7% azalıb
# 17 oktyabr 2016 15:51 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 4,3% artım, tütün məmulatlarının istehsalında 6,9%, içki istehsalında isə 12,2% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 2,3% artaraq 37,2 min ton, marqarin istehsalı 64,3% artaraq 32,6 min ton, kərə yağı istehsalı 6,7% artaraq 19 min ton, qənd istehsalı 21,2% artaraq 332 min ton, likörların istehsalı 2,7 dəfə artaraq 125,7 min dkl, mineral suların istehsalı 1,9 dəfə artaraq 11,1 mln. dkl, alkoqolsuz içkilərin istehsalı 27,6% azalaraq 15,5 milyon dkl təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR