Bakıda narkotik xassəli bitki yetişdirməkdə təqsirləndirilən bağbana hökm oxunub

Bakıda narkotik xassəli bitki yetişdirməkdə təqsirləndirilən bağbana hökm oxunub
# 07 oktyabr 2016 12:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin yetişdirilməsində təqsirləndirilən Məmmədəli Sədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən M. Sədullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 168 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Ona Cinayət Məcəlləsinin 237-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR