Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində gənclərlə bağlı panel keçirilib

Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində gənclərlə bağlı panel keçirilib
# 03 iyun 2016 14:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan hərəkatında gənclər: yeni baxış və yeni strategiya" adlı panel keçirilib.

APA-nın məlumatına görə, müzakirələrin moderatoru olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov son zamanlar Azərbaycanda baş verən proseslərə ikili yanaşmaların olmasından danışıb: “Qurultay nümayəndələri arasında gənclərin artdığını görürük. Gənclər lobbiçilik fəaliyyətində aktiv rol oynama başlayıb. Azərbaycanın tanınması istiqamətində biz gənclərin üzərinə böyük işlər düşür. Vahid konsepsiyanın işlənməsinə ehtiyac var. Almaniya Bundestaqı qəzəli qərar qəbul edib. Biz Türkiyənin yanındayıq, Türkiyənin problemini öz problemimiz bilirik”.

Prezident Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev bildirib ki, dünyanın qloballaşdığı və informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda kommunikasiyada məkan və zaman baryerləri aradan götürülüb. Onu sözlərinə görə dünyada insanların böyük əksəriyyəti internetdən istifadə edir və bundan yararlanmaq lazımdır: "İnternetin, sosial medianın köməyi ilə dünyanı Azərbaycan mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi barədə daha çox məlumatlandırmaq olar".

"Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası"nın sədri, Vaterlo Universitetinin professoru İlham Axundov lobbiçilikdə gənclərin böyük rolu olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın diaspor tarixi cəmi 15-20 ili əhatə edir.

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) icraçı direktoru Emin Hacıyev təşkilatın əsas məqsədinin Rusiyada yaşayan Azərbaycan gənclərini birləşdirmək, birgə layihələr həyata keçirmək olduğunu qeyd edib: "Moskvada və digər şəhərlərdə keçirilən tədbirlərdə fəal iştirak edirik. AMOR hər il Xocalı faciəsi ilə bağlı kampaniya reallaşdırır. Bu kampaniya artıq öz töhfələrini verib".

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev diaspor təşkilatlarının həmin ölkədəki azərbaycanlı gəncləri diaspor istiqamətində yönəltməli olduğunu bildirib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR