Türkiyənin Qaziantep şəhərində daha bir "canlı bomba" özünü partladıb

Türkiyənin Qaziantep şəhərində daha bir "canlı bomba" özünü partladıb
# 16 oktyabr 2016 15:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyənin Qaziantep şəhərində növbəti antiterror əməliyyatı keçirilib.

AP-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və canlı bomba hücrələrini idarə edən Mehmet Kadir Sabel zərərsizləşdirilib.

Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

M. K. Cebelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb.

Qeyd edək ki, bu gün bundan öncə Qaziantep şəhərində Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub, 4 suriyalı olmaqla, 8 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR