Bakıda güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq

Bakıda güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq
# 22 aprel 2017 10:38 (UTC +04:00)

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN)  APA-ya verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.  Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz  16-18° isti olacaq. Atmosfer  təzyiqi  765 mm civə sütunundan 751 mm civə sütununa  enəcək. Nisbi rütubət   gecə 70-80 %, gündüz  45-50 %  təşkil edəcək.

 

Aprelin 24-də isə Bakıda və Abşeron yarımadasında  güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

 

Aprelin 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin axşam bəzi qərb rayonlarında,  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturnun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR