Babək rayon sakini dəm qazından ölüb

Babək rayon sakini dəm qazından ölüb
# 05 fevral 2024 12:49 (UTC +04:00)

Babək rayonunda dəm qazı 41 yaşlı qadının ölümünə səbəb olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxışnərgiz kəndində qeydə alınıb. Belə ki, dəm qazının sızması nəticəsində kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızı dünyasını dəyişib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR