Bakı sakinindən narkotik vasitə və sursat götürülüb

Bakı sakinindən narkotik vasitə və sursat götürülüb
# 24 oktyabr 2019 14:58 (UTC +04:00)

Bakıda narkotik vasitələr satan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayevə və Z.Zeynallıya narkotik vasitə satmaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 642 qrama yaxın marixuana, 296 qrama yaxın tiryək, 684 ədəd metodon və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR