Bakı sakinini avtomobil vuraraq ağır xəsarətlər yetirib

Bakı sakinini avtomobil vuraraq ağır xəsarətlər yetirib
# 16 sentyabr 2021 04:42 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Buzovna qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Abdullayev Ariz Azər oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.

Yaralı qapalı kəllə-beyin travması və aşağı ətrafın sınığı xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR