Bakıda evdən 10 min manatlıq qızıl və silah oğurlayan yeniyetmə tutulub

Bakıda evdən 10 min manatlıq qızıl və silah oğurlayan yeniyetmə tutulub
# 26 avqust 2019 13:20 (UTC +04:00)

Bakıda evlərdən oğurluq edən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR