Bakıda 2 avtomobil toqquşub, 5 nəfər yaralanıb - SİYAHI - FOTO - VİDEO

Bakıda 2 avtomobil toqquşub, 5 nəfər yaralanıb - SİYAHI - FOTO - VİDEO
# 27 avqust 2019 22:10 (UTC +04:00)

Binəqədi rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.

"Ford" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində yaralananların adları müəyyən edilib:

- 1990-cı il təvəllüdlü Hüseynova Arzu Nizami qızı;
- 1985-ci il təvəllüdlü Əliyev Ceyhun Muxtar oğlu;
- 1963-cü il təvəllüdlü Baxışova Nəzakət Mütəllim qızı;
- 1962-ci il təvəllüdlü Hüseynova Şahnaz Allahverən qızı;
- 1948-ci il təvəllüdlü Ağayev Namik Əbülfəz oğlu.

Yaralılar dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR