Bakıda 24 yaşlı gənci avtomobil vurub

Bakıda 24 yaşlı gənci avtomobil vurub
# 26 oktyabr 2019 00:32 (UTC +04:00)

Bakının Yasamal rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Qəhrəmanov Xamis Qadir oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR