Bakıda 31 yaşlı kişi bıçaqlanıb

Bakıda 31 yaşlı kişi bıçaqlanıb
# 24 oktyabr 2019 20:38 (UTC +04:00)

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Favorit" marketin yaxınlığında mübahisə zəmnində 1988-ci il təvəllüdlü Səfərov Elgün Rafiq oğlu bıçaqlanıb.

Qarın nahiyəsindən 3 bıçaq yaralı alan E.Səfərov xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR